Azərbaycanda nazirin maşını qəzaya düşdü - Fotolar

azerbaycanda-nazirin-masini-qezaya-dusdu
Oxunma sayı: 9102

Azərbaycanda nazirin maşını qəzaya düşüb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın “Chery Tiggo” markalı, 99 GJ 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Qəzaya düşən BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın kənd təsərrüfatı naziri Heydər Əsədovun xidməti avtomobilidir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya faktı təsdiq edərək bildirib ki, hadisə baş verən vaxt nazir maşında olmayıb.

Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobilə ziyan dəyib. M. Hacıyev yol polisinin hadisə ilə bağlı araşdırma apardığını da qeyd edib