Azərbaycanda neçə nəfər vərəmə yoluxub?

azerbaycanda-nece-nefer-vereme-yoluxub
Oxunma sayı: 646

2030-cu ilə qədər vərəmdən ölüm halları 90 faiz azaldılmalıdır. BMT-inin tövsiyəsinə əsasən vərəmə yoluxma və vərəmdn ölümün qarşısını almaq üçün tədbirlər müəyyənləşdirilib.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, Ümumdünya Vərəmlə Mübarizə Günü münasibətilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən tədbir keçirilib.

Tədbirdə bildirilib ki, vərəmdən xəstələnmə göstəricisinin 80 faiz azaldılması nəzərdə tutulub. “BMT-nin Davamlı İnkişaf üzrə Məqsədlərinə uyğun vərəmin qlobal epidemiyasının ləğv edilməsi üzərində iş gedir. Ümumdünya Səhiyyə Təşkilatının 2016-2035-ci illər üzrə vərəmin ləğv edilməsi strategiyası qəbul olunub. Azərbaycanda vərəmin erkən aşkarlanması, müasir müayinə və müalicə üsulları, vərəm hadisələrinin, o cümlədən dərmanlara davamlı vərəm formalarının rastgəlmə tezliyinin və yayılmasının qarşısının alınması sahəsində dünya təcrübəsi tətbiq edilir”,-Səhiyyə Nazirliyindən deyiblər.

İnstitutun elm üzrə direktor müavini İradə Axundova deyib ki, hazırda 918 vərəmli xəstə müalicəsini davam etdirir. Bu xəstəliklə rəsmi qeydiyyata götürülənlərin sayı il ərzində 8500-9000 arasında dəyişir. Vərəmə ilkin yoluxan xəstələrin 3-4 faizi uşaqlardır.