Azərbaycanda neft daşıyan yük qatarında yanğın

azerbaycanda-neft-dasiyan-yuk-qatarinda-yangin-
Oxunma sayı: 838


"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Könüllü kəndində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Qazax-Bakı istiqaməti ilə hərəkət edən yük qatarının tutumu 60 ton olan boş sisternasının üzərindəki neft qalıqları yanıb. Sistern yanğından mühafizə olunub.

Yanğın saat 03:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.