Azərbaycanda nikah və boşanmaların sayı dəyişməyib

azerbaycanda-nikah-ve-bosanmalarin-sayi-deyismeyib
Oxunma sayı: 654

Bu ilin 6 ayı ərzində rəsmi dövlət orqanları tərəfindən ölkədə 40,4 min nikah və 5,4 min boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfər hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (8,9 faiz və 1,2 faiz) qalıb./SalamNews/