Azərbaycanda növbəti müəllim zorakılığı - Video

azerbaycanda-novbeti-muellim-zorakiligi-video
Oxunma sayı: 639

“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, növbəti iddia Lənkərandan gəlib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə hadisənin Lənkərandakı 8 saylı orta məktəbdə baş verdiyi bildirilir. İddiaya görə, məktəbin Vüsalə adlı müəllimi 6-cı sinif şagirdi Arzu Ağayevanı döyüb.

Atası bildirir ki, o, məktəbin direktoru Aslan İbrahimovun qəbulunda olsa da, direktor onu qovub. Daha sonra valideyn qızını həkimə aparıb. Məlum olub ki, zərbə nəticəsində Arzu Ağayevanın qulaq pərdəsi cırılıb. Ata hadisə ilə bağlı sahə müvəkilinə də şikayət edib.

Qeyd edək ki, insidentdən sonra Arzu Ağayevanın digər iki bacısının da məktəbə buraxılmadığı bildirilir.