Azərbaycanda olan məşhur futbolçunun ağzında şirə qaldı - Müsahibə

azerbaycanda-olan-meshur-futbolcunun-agzinda-sire-qaldi-musahibe
Oxunma sayı: 647

“Mançester Yunayted”in uğurlarında əvəzsiz rolu olan, dövrünün böyük futbolçularından sayılan Duayt Yorkun “Qafqazinfo”ya müsahibəsi

- Bu il “Çempionlar Liqa”sında “Mançester Yuneyted”in “Real” Madridə qarşı oyununu yəqin ki, izləmisiniz? Həmin oyunda hakim Türkiyədən olan Cüneyt Çakır idi. Necə fikirləşirsiniz, hakimin Naniyə göstərdiyi qırmızı vərəqə doğru idimi və əgər həmin qırmızı vərəqə olmasaydı, “Mançester” finala adlaya biləcəkdimi?
- Sözsüz ki, həmin oyunda Naniyə göstərilən qırımızı vərəqə yanlış idi. Bəlkə də sarı olardı ancaq qırmızılıq bir şey yox idi həmin epizodda. Naninin meydandan qovulmasına qədər “Mançester Yunayted” oyuna daha artıq nəzarət edirdi və hesabda da 1-0 öndə idi. Lakin onun meydandan qovulmasından sonra demək olar ki, hər şey kökündən dəyişdi və “Mançester” birdən-birə oyuna nəzarəti itirdi. Bu cür oyunlarda hakimlər daha diqqətli olmalıdırlar və verdikləri qərarların tam ədalət prinsipinə uyğun olmasına nəzarət etməlidirlər. Ümumilikdə isə “Mançester” həmin ana qədər də hesabı artırıb öz taleyini hakimin əlinə buraxmaya da bilərdi. Ancaq nəticə etibarilə həmin qərar səhv idi və bəlkə də indi “Bavariya”nın finaldakı rəqibi “Mançester Yunayted” olardı

Ser Aleks Fergüsonun “Mançester” macərasından sonra özünüzü maşqçi kimi həmin postda görürsünüzmü?
- Yox, qətiyyən yox.. Çünki ən azından bunun üçün təcrübəm yoxdu. Mənim fikrimcə, bu işin öhdəsindən ən yaxşı şəkildə Rayn Giks gələ bilər. Doğrudur, soruşa bilərsiniz ki, onun da axı məşqçilik təcrübəsi yoxdur. Ancaq belə bir fakt var. Aleks Fergüson “Mançester”in yaradıcıdır yəni ən azından bu mənim şəxsi fikrimdir. Fergüsson yaradıcıdır Giks isə həmin yaradılışın , inşanın bir parçasıdır. Giks bəlkə də Fergüsondan sonra “Mançester”in oyunçuların ən yaxşı bələd olan ikinci bir şəxsdir. O,uzun illərini “Yunayted”də keçirib və buna görə də Aleksdən sonra ən uyğun variant məhz elə Giks olardı.

- Ölkəniz Trinidad Tabaqonun hazırki futbol səviyyəsini necə qiymətləndirərdiniz?
- Biz hazırda futbolumuzda yenidən qurma işləri aparırıq. Bu baxımdan bəlkə də Azərbaycan millisi ilə oxşarlıq təşkil edirik. Bir çox futbolçuları dəyişmişik,əsasən gənclərə yer ayırırıq . Ölkə klublarında çıxış edən ən istedadlı futbolçuları milliyə cəlb etməyə səy göstəririk. Ancaq bir fakt da var ki, bizim ölkəmizin ümumi əhalisi olduqca azdır, cəmisi 2 milyona yaxın əhalimiz var və bu sayın içərisindən çoxlu istetadli futbolçu tapmaq olduqca çətindir. Lakin bütün bunlara baxmayaraq, əlimizdən gələni edirik ki, ölkə futbolumuz inkişaf etsin və gələcəkdə bizi dünya çempionatlarında uğurla təmsil etsin

“Mançester Yunayted”in əzəli rəqibi “Liverpul”un hazırki vəziyyətini necə qiymətləndirirsiniz, ümumiyyətlə hazırda orada nə baş verir?
- “Liverpul” İngiltərənin və eləcə də dünyanın ən güclü, adlı-sanlı klublarından biridir. “Liverpul”un 5 dəfə “Çempionlar Liqa”sı kubokunu və dəfələrlə İngiltərə Premyer Liqa”sındakı uğurlarını nəzərə alsaq, onda adi bir klubdan söhbət getmədiyini başa düşə bilərik. Lakin son zamanlarda “Liverpul” belə demək mümkündürsə, uğur üzünə həsrətdir və məncə bunun əsas səbəblərindən biri də baş məşqçi amilidir. Hazırda “Liverpul” kimi kluba Fergüson və Maurinyo kimi məşqçi lazımdır. Ancaq indiki vəziyyətləri ilə mən düşünmürəm ki, “Liverpul” yaxın gələcəkdə İngiltərədə çempion olsun, onlar ən yaxşı halda ilk 4-lüyə çıxmaq haqqında fikirləşməlidirlər ki, heç olmasa “Çempionlar Liqa”sında mübarizə apara bilsinlər və o, keçmiş ruhu özlərinə qaytarsınlar.

Azərbaycanda olduğunuz müddətdə ən çox nə yadınızda qaldı?
Mən çox şad oldum ki, bu ölkəyə səfər etdim və yeni simalarla tanış oldum. Buranın havasını xüsusi qiymətləndirmək istəyirəm. Ancaq mənim Bakı səfərimdən ən yadda qalan amil feyxoa şirəsi oldu. Bu çox dadlı bir şeydi mən həyatımda belə bir şirə dadmamışam.

İqbal