“Azərbaycanda olan muğam-caz” adlı film çəkilir

azerbaycanda-olan-mugam-caz-adli-film-cekilir
Oxunma sayı: 641

Kinostudiyadan bildirmişlər ki, cari ildə ekranlaşdırılacaq ilk tammetrajlı sənədli film “Azərbaycanda olan muğam-caz” adlanır.
Filmi “Salnamə” kinostudiyası Almaniyanın “Das-Apartment” pradakşn şirkəti ilə birgə çəkəcəkdir. Filmin rejissoru və ssenari müəllifi almaniyalı Klaus Bernhartdır. Bu ekran əsərində Azərbaycan muğamı, caz, eləcə də muğam musiqisi ilə cazın sintezi əks olunacaqdır.
Ekran əsəri hər iki kino şirkətinin Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə töhfəsi olacaqdır.