Azərbaycanda orta məktəb yandı

azerbaycanda-orta-mekteb-yandi
Oxunma sayı: 642

Yevlax rayonunda orta məktəbdə yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yevlax şəhərində orta məktəbin yerləşdiyi hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli binanın 1-ci mərtəbəsində emalatxananın giriş qapısı, döşəməsi və içərisində olan taxta yonqarı 4 kv.m sahədə yanıb.

Qeyd edək ki, məktəb binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.