Azərbaycanda ovçu olmaq üçün nə etmək lazımdır?

Azərbaycanda ovçu olmaq üçün nə etmək lazımdır?
Oxunma sayı: 1542

Ovçuluq biletinin alınması üçün keçirilən ovçuluğun minimumu üzrə sınağında iştirak etmək üçün hansı sənədlər tələb olunur?

“Qafqazinfo”  xəbər verir ki, bu haqda sualı cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyi  bildirib ki, Azərbaycan prezidentinin 2004-cü il il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasəb ovçuluq bileti ETSN tərəfindən verilir. Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən ETSN bu məqsədlə Ovçuluğun minimumu üzrə sınağı Komissiyasını yaradıb. 

Sözügedən sınaq imtahanında iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

1. Ərizə (Departament direktorunun adına);

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

3. Ərizəçi tərəfindən ov silahının saxlanılması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

4. 3x4 ölçüdə iki ədəd rəngli fotoşəkil.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi