“Azərbaycanda oynamaq Polşa cəhənnəmindən yaxşıdır” - “Qarabağ”ın müdafiəçisi

“Azərbaycanda oynamaq Polşa cəhənnəmindən yaxşıdır”
Oxunma sayı: 1827

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, “Kuba” müsahibə zamanı ölkəmizdəki karyerasından, Bakı şəhərindən danışıb: 

“Bakı işıqlı şəhərdi. Burda olan bütün binalar işıqlandırma sayəsində inanılmaz dərəcədə parlaq olur. Şəhərin adı da özünə uyğundu. Bakı sözü farsca “badu kubə” yəni “küləklər şəhəri” deməkdi. Bu şəhərdə olduğum müddətdə burdakı küləyin necə güclü olduğunu gördüm”.
Jezniçak ölkəmizə tez uyğunlaşdığını deyib:

“Cəmi bir həftəyə hər şey qaydasına düşdü. Gecələri çox bərk yatıram. Buna görə, otaq yoldaşlarımın ibadəti məni narahat etmir. Müsəlmanlar spirtli içki qəbul etmirlər. Hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız zaman belə paltardəyişmə otağında şampan partladılmadı. Komandada Qurban Qurbanovun sözü tam keçərlidi. O, komandaya bazada qalmaq tapşırığı verdikdə hamı buna riayət edir”.

Polşalı müdafiəçi ölkəmizdə futbola olan maraq barədə də danışıb. O, yerli insanların avrokuboklara daha çox maraq göstərdiyini, ölkə çempionatının oyunlarında isə tribunaların boş olduğunu deyib:

“Avropa kuboklarında oyuna çıxdığımız zaman stadionda tribunalarda oturmağa yer olmur. Ancaq daxili çempionatda tamamilə boş olur. Restorana gedəndə, insanlar ancaq Çempionlar Liqasındakı oyunlarımızla maraqlanırlar. “Roma” ilə ilk oyunumuzda bütün şəhər bu matça köklənmişdi”.

Jezniçak Azərbaycanla oynamaqla bağlı qərar verdikdən sonra bir çox insanın ona güldüyünü, lakin zamanın seçimində yanılmadğını sübut etdiyini deyib: 

“Legiya”dan ayrıldıqda bir çox insan getdiyim yerə gülürdülər. Lakin mən Çempionlar Liqasında oynadım. Bura gəldiyimə görə şadam. Fikrimcə, “Qarabağ”ı seçməyim çox düzgün qərar idi. İnsan bir yerdə çox qalanda monoton olur. Burda daha rahat oynayıram. Polşadakı kimi təzyiq olmur. Orda azarkeşlər arasında insidentlər tez-tez gündəmi zəbt edir. Burda Polşadakı “cəhənnəmdən” uzağam. Ən önəmli şey odu ki, Çempionlar Liqasında oynayıram. Mənim karyeram qəribə hekayələrlə doludu. Artıq heç bir şey məni təəccübləndirə bilməz”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi