Azərbaycanda partiya rəhbərinə xəbərdarlıq edildi

azerbaycanda-partiya-rehberine-xeberdarliq-edildi
Oxunma sayı: 636

O, dekabrın 1-də Nəsimi Rayon Polis İdarəsinə aparıldığını və orada psixoloji təzyiqə məruz qaldığını deyib: “Dekabrın 1-də Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun və həbsdə olan digər islamçıların apellyasiya şikayətinə baxılırdı. Mən də Bakı Apellyasiya Məhkəməsinə yollanmışdım. Məhkəmədə olan vaxt Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları evimə gediblər. Evdə heç kim olmayıb. Qonşulardan soraqlaşıb uşaqlarım olan bağçaya gediblər və oradan mobil telefonumun nömrəsini əldə ediblər. Mən məhkəmədə olarkən zəng gəldi ki, bəs sizi Nəsimi Rayon Polis İdarəsinin rəisi axtarır. Bakı Apellyasiya Məhkəməsində olduğumu, partiyadaşlarımın mühakiməsində iştirakı özümə mənəvi borc bildiyimi qeyd etdim. Ancaq polis əməkdaşları harada olduğumu bilib məhkəməyə gəldilər və məni polis idarəsinə apardılar”.

Elçin Manafovun sözlərinə görə, idarədə onu rəis müavini Süleyman Nemətov sorğu-suala tutub: “Mən polisə niyə çağırıldığımı bilmirdim. Süleyman Nemətov söhbətə hədə-qorxu ilə başladı. Dedi ki, nədir yenə şuluq salırsınız. Çox uzun-uzadı söhbət etdi, belə anlaşıldı ki, bu, Aşura mərasimi öncəsi bir profilaktik söhbətdir. Süleyman Nemətov məni adamları Aşurada zəncir vurmağa çağırmaqda ittiham etdi. Halbuki qətiyyən belə şey olmayıb. Rəis müavini çox kobud danışırdı. Yalnız mənim iradlarımdan sonra yumşaq tona keçdi. Bir neçə saat saxladıqdan sonra məni sərbəst buraxdılar və idarə rəisi Musa Musayevin adından xəbərdar etdilər ki, özümü yaxşı aparım. Amma nədən söhbət gedir – anlamıram”.

Elçin Manafov vurğulayıb ki, polis əməkdaşlarının onun arxasınca evinə, uşaqlarının olduğu bağçaya getməsi, özünün isə məhkəmədən polis idarəsinə aparılması ailəsini, qonşularını narahat edib: “Mən bunu qanunsuzluq və siyasi fəaliyyətimə görə təzyiq sayıram”.