Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi - Yenilənib

azerbaycanda-partiya-sedri-oglunu-ozune-muavin-teyin-etdi
Oxunma sayı: 9902

Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib. 

Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, qurultayda deputat Araz Əlizadə yenidən sədr seçilib. 

Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub. 

Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər. 

ASDP Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.

***

Partiyadan "Qafqazinfo"ya daxil olan növbəti açıqlamada bildirilir ki, müavinlər bu vəzifəyə təyin olunmayıb: “Azərbaycan Sosial Demokrat Partiyasının Nizamnaməsinə uyğun olaraq, ASDP-nin mərkəzi orqanlarına seçkilər gizli səsvrmə yolu ilə alternativ əsaslarda keçirilir. Odur ki, partiyanın XIII qurultayında ASDP sədrinin müavinləri vəzifəsinə seçilən digər namizədlər kimi S.Əlizadə də bu vəzifəyə gizli səsvermə yolu ilə seçilib”.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partiya sədrinin oğlu Səməd Əlizadə həmçinin, ”Atabank”ın “Yeni Həyat” filialında kredit inspektoru vəzifəsində çalışır.

Maraqlıdır ki, o, bankda Lalə Şövkətin oğlu ilə birlikdə işləyir.