Azərbaycanda partlayış olacaq - Foto

azerbaycanda-partlayis-olacaq-foto
Oxunma sayı: 641

Qusar-Əniğ-Ləzə Suvar düşərgəsi avtomobil yolu Qusar şəhər avtovağzal dairəsindən başlamaqla Suvar düşərgəsinədək uzanır. “Qafqazinfo”nun azeryol.az saytına istinadən verdiyi məlumata görə, ümumi uzunluğu 39 km təşkil edən yolun ilk 7 kilometr hissəsi 1-ci texniki dərəcəli 4 zolaqlı, 7-21-ci kilometrə qədər hissəsi 2-ci texniki dərəcəli 2 zolaqlı, 21-36-cı kilometrə qədər hissəsi 3-cü texniki dərəcəli 2 zolaqlı, 36-39 kilometrədək isə 4-cü texniki dərəcəli 2 zolaqlı olacaq.

Hazırda genişləndirilməsi nəzərdə tutulan yolun 30-36-cı kilometrinədək olan hissəsində torpaq işləri davam etdirilir. Həmin ərazidə avtomobil yolu mürəkkəb relyefə malik dağlıq yerdən keçdiyi üçün 4 yerdə partlayış işləri də nəzərdə tutulub.

Yol boyu 7 körpünün və müxtəlif diametrli 30-dan çox suötürücü borunun tikintisi işləri artıq başa çatdırılıb. Körpülərdən 3-nün uzunluğu 18 metr, 2-nin uzunluğu 12 metr, digərlərinin isə müvafiq olaraq 54 və 108 metr, eni isə 11,5 metrdir.

Bundan əlavə, yolun 18 kilometrlik hissəsində ikiqat asfalt-beton örtüyünün vurulması işləri də tamamlanıb.

Qeyd edək ki, keçdiyi ərazi gözəl təbiət mənzərəsi ilə zəngin olduğu üçün yolun yenidən qurulması turizmin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.