Azərbaycanda polis intihar etdi

azerbaycanda-polis-intihar-etdi
Oxunma sayı: 5784


“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospekti ev 1, mənzil 277 də qeydə alınıb.

Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramil Rauf oğlu Novruzov yaşadığı evin çilçırağından özünü asaraq intihar edib.

Prokurorluqdan bildirilib ki, R. Novruzov Nəqliyyatda Baş Polis İdarəsinin Komendant Xidmətinin polis nəfəri işləyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.