Azərbaycanda polis qız üstündə bıçaqlandı

azerbaycanda-polis-qiz-ustunde-bicaqlandi
Oxunma sayı: 644

Tərəflər mübahisəni çay evlərindən birində həll etmək qərarına gəliblər. Lakin yaranan mübahisə sonda qanlı sonluqla nəticələnib. Çay evinindən çıxarkən Murad həmyerlisi Çingizə qəfildən kürək və döş nahiyyəsinə dalbadal 7 bıçaq zərbəsi endirib. Sonradan isə hadisə yerindən qaçıb. Yaralı vəziyyətdə yerə yıxılan Çingiz Fərəcovu çay evinin işçiləri Cəlilabad rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırıblar. Çingiz Fərəcovun durumu ağır olduğundan dərhal cərrahiyə əməliyyatına götürülüb.

Hadisənin baş verməsinə səbəb köhnə ədavət olub. Belə ki, Çingiz bir müddət əvvəl onu bıçaqlayan Muradın bacısını sevırmış. Lakin Çingiz sonradan fikrini dəyişərək başqa qadınla ailə qurur. Bu da Muradın xoşuna gəlmir və onlar arasında ədavət yaranır. Uzun müddətdən sonra onalrın ədavəti qanla yekunlaşır.

Cinayəti törədən Murad hadisə yerindən qaçsa da, sonradan könüllü olaraq Cəlilabad rayon polis şöbəsinə gələrək təslim olub. Qeyd edək ki, bıçaqlanan Çingiz Lənkəran şəhəri polis bölməsinin serjantıdır. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırmalara başlanılıb.