Azərbaycanda pomidor aksiyası başladı

azerbaycanda-pomidor-aksiyasi-basladi
Oxunma sayı: 647

Fermerlər yetişdirdikləri pomidorun usuz və ləng götürülməsindən şikayətləniblər. Aksiya iştirakçıları ANS PRESS-ə bildiriblər ki, yetişdirdikləri pomidoru artıq neçə gündür ki, zavoda verə bilmirlər, çünki növbədə 500 avtomobil dayanıb və zavodda məhsulu yalnız 2 fəhlə götürür, onlar da çox ləng işləyirlər.

Fermerlər pomidorun 1 kiloqramının 9 qəpikdən götürülməsinin də çox usuz olduğunu söyləyiblər: “Bu qiymət heç əkin pulunu belə ödəmir. Səhənnəm buna da razıyıq, amma onu da çox ləng alırlar, məhsul əlimizdə qalıb xarab olur. Ölkə başçısından xahiş edirik ki, bizə yardım etsin”.

Qafqaz Konserv Zavodunun direktoru Əmir Zenyalzadə isə ANS PRESS-ə bildirib ki, müəssisə yetişdirilmiş məhsulu götürmək üçün var güsü ilə çalışır: “Sadəsə, zavodun məhsul götürmə güsü gün ərzində 400 tondur, bundan artığa imkanımız yoxdur. İndiyə kimi 3000 min ton məhsul götürmüşük. Zavodda da 50-dən çox işçi çalışır. Sadəsə, indi şimal bölgəsində məhsul çoxdur”.