Azərbaycanda “premium klass” yağı istehsal ediləcək

azerbaycanda-premium-klass-yagi-istehsal-edilecek
Oxunma sayı: 1275

Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın rezidenti “Millers Oils Azerbaijan” MMC noyabrın 23-də “premium klass” tipli mühərrik yağlarının istehsalına başlaması münasibətilə təqdimat keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Trend”ə “Yüksək Texnologiyalar Parkı”ndan məlumat verilib.

Məlumata görə, “Millers Oils Azerbaijan”ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.
 
Qeyd edək ki, hazırda “Yüksək Texnologiyalar Parkı” Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.