Azərbaycanda prezident təqaüdü alanların sayı açıqlandı - - 35 min

azerbaycanda-prezident-teqaudu-alanlarin-sayi-aciqlandi-
Oxunma sayı: 2896


Son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti təqaüdü institutu formalaşıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu müddətdə 34 961 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunub.

Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son on ildə Şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.