Azərbaycanda qaçırılan maşınların sayı açıqlandı

azerbaycanda-qacirilan-masinlarin-sayi-aciqlandi
Oxunma sayı: 642

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, yarım il ərzində polisin digər xidmətləri ilə birgə 15 fakt üzrə 13 kiloqramdan çox (o cümlədən 12 kq həşiş qətranı, 105 qram marixuana, 1kq heroin, 5,174 qram tiryək,) narkotik maddə aşkar olunub.

Hesabat dövründə BDYPİ-yə 141 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub, onlardan 115-i tapılıb.
BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 7 avtomobil və 11 şəxs saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 111 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.