Azərbaycanda qadağan olunmuş dini təriqətin təbliğinin qarşısı alındı

azerbaycanda-qadagan-olunmus-dini-teriqetin-tebliginin-qarsisi-alindi
Oxunma sayı: 641

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elvin Muradovun qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi müəyyən edilib.

Onun yaşadığı evə baxış zamanı 5 min 765 ədəd dini məzmunlu kitabça, jurnal və broşüralar, 515 ədəd dini və pornoqrafik xassəli disk, kitabçalar hazırlamaq üçün kompüter, printer və digər ləvazimatlar aşkarlanıb.

Tapılan dini təbliğat üçün nəzərdə tutulan vəsaitlər Sabirabad RPŞ əməkdaşları tərəfindən götürülüb./anspress/