Azərbaycanda qadın çarpayıda yandı

azerbaycanda-qadin-carpayida-yandi
Oxunma sayı: 643

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonunda baş verib. Ümumi sahəsi 46 kv.m olan üçotaqlı mənzilin 1 otağında yataq dəsti yanıb. Yanğın zamanı evdə 1928-ci il təvəllüdlü Bayramova Ruqiyyə Cəlal qızının meyiti aşkar olunub. Yanğın, yanğın bölmələri hadisə yerinə çatanadək vətəndaşlar tərəfindən söndürülüb.