Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

azerbaycanda-qadin-emeliyyatdan-1-saat-sonra-oldu
Oxunma sayı: 3900

Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub. 

S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir. 

Murad Əhməd