Azərbaycanda qar yağacaq?

azerbaycanda-qar-yagacaq
Oxunma sayı: 3111


Umayra Tağıyeva bildirib ki, bu gün  müşahidə olunan hava şəaraiti ilə bağlı Proqnozlar Bürosu tərəfindən tərtib olunan məlumatda respublikanın rayonlarında əsasən yağmursuz hava şəraiti göstərilib : 

“Həqiqətən də gecə və səhər saatlarında günortaya qədər rayonlarda  yağmursuz hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron  yarımadasında isə buludlu hava şəraitinin  üstünlük təşkil edəcəyi və gecə səhər saatlarında çiskinli olacağı göstərilirdi. Yəni yağınıtının b əzi növü artıq informasiyada göstərilib.  Bəzi informasiya vasitələrində belə bir məlumat gedib ki, qar  yağır. Proqnoz düz çıxmayıb. Amma 10-15 dəqiqə ərzində çiskinlə başlayan bu yağntı sulu qarla əvəz edildi.  Artıq saat  1-ə işləyib. Biz yağıntıların kəsilməsini müşahidə edirik. Qeyd edim ki,  bu lokal prosesdir. Belə lokal prosesləri rəqəmli modellərin vasitəsailə təyin etmək bir qədər çətindir. Bu təkcə bizdə deyil, inkişaf etmiş ölkələrdə də belədir. Əgər ay ərzində göstərilən proqnoz 94 faizə qədər özünü doğruldubsa bu o deməkdir ki, metreoxidmət öz vəzifəsini yerinə yetirib. Bizim sahədə hətta ən inkişaf etmiş ölkələrdə belə 100 fazilik proqnoz anlayışı yoxdur. Bu bir ehtimaldır. Çiskinin sulu qara keçməsi heç bir təəssürafat sahəsinə təsirini göstərmir. Qısa müddətli prosesdir. Yerdə qar qalmayıb. Fevral ayında kəskin hava şəraiti müşahidə olunmuşdu. Bu barədə Proqnozlar Bürosu tərəfindən əvvəlcədən əhaliyə xəbərdarlıq edilmişdi. Yenə də biz çalışacağıq ki, havanın kəskin dəyişəcəyi təqdirdə əhalini əvvəlcədən məlumatlandıraq”.

Günel