Azərbaycanda qatarlar da qəza törətməyə başladı

azerbaycanda-qatarlar-da-qeza-toretmeye-basladi
Oxunma sayı: 1928


Musavat.com-un hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, qatar platformada dayanan gənci vurub. Metro işçiləri gəncə platformada qatar yolundan bir qədər uzaq dayanmaqla bağlı xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb. Həmin vaxt qatar gəlib və gəncin başı qatara dəyib. 

“28 May” stansiyasında həkim olmadığından, “Nəriman Nərimanov” stansiyasından həkim briqadası çağırılıb. Amma həkimlər hələ hadisə yerinə çatmayıblar. Oğlanın başından ciddi xəsarət aldığı bildirilir.