Azərbaycanda qaynata gəlini güllələdi

azerbaycanda-qaynata-gelini-gulleledi
Oxunma sayı: 641

Baş Göynük kənd sakini 1933-cü il təvəllüdlü İsmayılov Hüseynəli Abdulla oğlu öz gəlini İsmayılova Azadə Məmməd qızını güllələyib. Açılan güllə gəlinin döş qəfəsinə dəyib.

Yaralı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhumun 3 uşağı var. Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.
Faktla bağlı cinayət işi açılıb, Şəki rayon prokurorluğunda araşdırma aparılır.