Azərbaycanda qaz oğurluğu

azerbaycanda-qaz-ogurlugu
Oxunma sayı: 651

Sual oluna bilər təbii qazdan qeyri qanuni istifadənin masştabı böyükdür, ya kiçik? Əgər "Azəriqaz" İB-nin ümumən abonentləri ilə sırf riyazi müqayisə etsək bu kiçik bir göstəricidir: təqribən 1,2%. Ancaq buna digər tərəfdən yanaşsaq, faktiki hər 1000 abonentdən 12-si qaz oğurluğuna meylli olub. Sual olunur buna səbəb nədir? Qaz ölkəsində insanları qazdan qeyri-qanuni yolla istifadəyə nə vadar edir?

Elə isə baxaq görək orta hesabla hər abonent nə qədər qaz oğurlayıb və bu qədər vəsaitə görə belə risk etməyə dəyərdimi? Orta hesabla 2012-ci ilə hər abonent 378,55 manat qazı qeyri-qanuni yolla əldə etməyə çalışıb. Əslində bu məbləğin özü də böyük bir rəqəmdir. Müqayisə üçün deyim ki, mənim özümün 2012-ci il ərzində qazdan istifadə xərclərim cəmi 210 manat təşkil edib (kombi qızdırıcı sisteminin sərfiyyatı da daxil olmaqla). Demək, orta hesabla götürsək, o qaz oğruları, belə çıxır ki, yaxşıca "qaz vurub qazan doldurmaq" fikri ilə bu addımı atıblar və o abonentlər arasında min manat və daha çox məbləğdə oğurluq edənlər də olub ki, bunu da təkcə məişət ehtiyacları ilə əlaqələndirmək olmaz.

Bu cür halların qarşısının aradan qaldırılmasının isə bir yolu qalır - bütün abonentləri tezliklər smart-kart tipli sayğaclarla təmin etmək. O cümlədən qazdan "qaz vurub qazan dolduran" biznes strukturlarını yaddan çıxartmamaq şərti ilə.

Qeyd edim ki, hazırda "Azəriqaz" İB-nin 1 mln. 457 min abonenti var ki, onların da 540 mini smart-kart tipli sayğaclarla təmin olunublar.

İlham Şaban
caspianbarrel.org