Azərbaycanda qəbiristanlıqdan heykəl oğurlandı - Video

azerbaycanda-qebiristanliqdan-heykel-ogurlandi
Oxunma sayı: 2031

Bakıda bir gecədə iki qəbiristan qarət edilib. Naməlum şəxs və ya şəxslər bahalı materialdan olan başdaşlarındakı heykəlləri oğurlayıblar.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, oğurluq hadisələri II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbiristanlığında baş verib.

Bir nəfər ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, Yasamal məzarlığında qohumu Cəfər Quliyevin qara mərmərdən hazırlanan heykəlini kəsib aparıblar. Həmin məzarı təmizləyən qadının sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

Məlum olub ki, bu, qəbiristanda ilk hadisə olmayıb. Orada digər məzarlara da hörmətsizlik edilib.

Ərazidə başdaşı düzəltməklə məşğul olan usta deyir ki, həmin materaiallar bahalıdır. Qəbirlərin birindəki qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma söküb çıxara bilməyiblər.

Qəbiristanda təmizlik işləri ilə məşğul olan qadınların sözlərinə görə, son vaxtlar məzarlıqlar hədəfə götürülüb, mis və bürüncdən olan nə varsa sökərək oğurlayırlar.

Fakt polis tərəfindən araşdırılır.