Azərbaycanda qətl törədilib

azerbaycanda-qetl-toredilib
Oxunma sayı: 647

Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon bina 2, mənzil 42-də qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsinin növbətçi hissəsinə daxil olan telefon zəngi nəticəsində hadisə yerinə Kəpəz Rayon Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları yollanıblar.

Mənzilə baxış zamanı 1939-cu il təvəllüdlü Zemfira Əliqara qızı Məmmədovanın bıçaqlanmış meyiti aşkar edilib.

Qeyd edək ki, qətl törədilən ev, mərhumun özünə məxsusdur. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.