Azərbaycanda qeyri-adi toy karvanı - Video

Azərbaycanda qeyri-adi toy karvanı
Oxunma sayı: 126

Rayon sakini Mədət Quliyev 4 gün əvvəl toy edib. Özü mikroavtobus sürücüsü olduğu üçün atasının təklifi ilə öz mikroavtobusunu gəlin maşını edib.

“Qafqazinfo” Xezerxeber-ə istinadən xəbər verir ki, bəyin atası deyir ki, bu addımları ilə həm də mühüm bir mesaj vermək istəyiblər. Bahalı maşın karvanları ilə şan-şöhrət arxasınca qaçanlar daha çox ailənin xoşbəxtliyini fikirləşməlidirlər. Bəyin dost-tanışları da bu təklifə qoşularaq toy karvanını mikroavtobuslardan təşkil ediblər.

8 mikroavtobusdan ibarət toy karvanı rayon sakinlərinin də böyük marağına səbəb olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi