Azərbaycanda qəza, 3 nəfər həlak oldu

azerbaycanda-qeza-3-nefer-helak-oldu
Oxunma sayı: 1710

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki,  rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.