Azərbaycanda qəzaya uğrayan hərbi helikopterin qiyməti və texniki göstəriciləri

azerbaycanda-qezaya-ugrayan-herbi-helikopterin-qiymeti-ve-texniki-gostericileri
Oxunma sayı: 3390

Bu gün Bakıda dənizə düşən Müdafiə Nazirliyinə məxsus Mİ-17 markalı hərbi helikopterin texniki göstəriciləri ortaya çıxıb.

“Qafqazinfo”nun apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, Rusiya istehsalı olan Mi-17 helikopterləri Mi-8-lərin modifikasiya olunmuş variantı hesab olunur. Kazan Helikopter Zavodunda istehsal olunan helikopter gecə və gündüz mürəkkəb meteoroloji şəraitdə istifadə oluna bilir.

Mi-17 tipli helikopterlər əsasən daşıma (şəxsi heyət, yük), ambulans, yanğınsöndürmə və xilasetmə funksiyalarını yerinə yetirə bilir.

Bu helikopterlər dünyanın 80-dən çox ölkəsinə ixrac olunur.
Qiyməti istehsal ilinə görə dəyişən helikopterlər təxminən 18 milyon dollar dəyərindədir.

Qeyd edək ki, Müdafiə Nazirliyi baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Məlumata əsasən hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılmış, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.