Azərbaycanda “Qulyabani” çəkildi

Azərbaycanda “Qulyabani” çəkildi
Oxunma sayı: 1815

2018-ci ilin ən uğurlu kino layihələrindən biri olacağı gözlənilən “Qulyabani” filminin istehsalatı artıq tamamlanıb. Macəra komediyası janrında lentə alınan filmdə hadisələr tez-tez qulyabani peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanini lentə almaq üçün gələn türk jurnalistlə onun Azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

“Qafqazinfo” xəbər verir ki, filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.

Filmdə Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov rol alıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi