Azərbaycanda Quran müsabiqəsinə start verildi

azerbaycanda-quran-musabiqesine-start-verildi
Oxunma sayı: 1571


“Qafqazinfo”ya daxil olan məlumata görə, müsabiqə Ramazan ayından sonra avqust ayından başlayaraq  əvvəl rayonlarda, daha sonra sentyabr ayında  Bakı və Sumqayıt səhərlərində keçiriləcək. 

Bölgə və şəhərlərdəki müsabiqələrin qalibləri oktyabr ayında keçiriləcək final mərasiminə vəsiqə qazanacaq. 

Müsabiqə Müqəddəs Qurani-Kərimin qiraəti , hifz və təfsiri üzrə olacaq. 

Qiraət yarışması bütün təcvid  qaydaları riayət olunmaqla və  gözəl avazla oxunmaqla icra edilməlidir.

Hifz yarışması Müqəddəs Qurani-Kərimin 30-cu cüzündən olacaq.Təfsir müsabiqəsinə qatılmaq  istəyənlər  “Məaric” surəsindən  hazırlaşmalıdırlar.

Müsabiqəni Quransevərlər Dini İcmasının münsiflər heyəti idarə edir. Münsiflər heyəti Azərbaycanın tanınmış Quran müəllim və mütəxəssislərindən ibarətdir.