Azərbaycanda Ramazanla bağlı fətva verildi

azerbaycanda-ramazanla-bagli-fetva-verildi
Oxunma sayı: 1669


SalamNews-un xəbərinə görə, Şuranın bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 10-da başlayır və iyulun 9-u orucluğun niyyət gecəsidir. Ehtiyatən iyulun 9-u qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhətdir.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb.