Azərbaycanda reklama həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

azerbaycanda-reklama-hesr-olunmus-beynelxalq-konfrans-kecirilecek
Oxunma sayı: 670

Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı Beynəlxalq elmi-praktik konfrans keçirəcək. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, müasir tələblərə cavab verən reklam mədəniyyətinə sahib olmaq imkanları, habelə mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Tədbirdə azərbaycanlı reklam mütəxəssisləri ilə yanaşı Türkiyə, İngiltərə, İsveç, İspaniya, BƏƏ, CAR, İran, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan kimi bir çox xarici ölkələrin reklam sahəsində böyük təcrübəyə malik, görkəmli alim və mütəxəssislərinin iştirakı gözlənilir.

Nigar Məmmədli