Azərbaycanda Rusiyaya cavab – Açıqlama

azerbaycanda-rusiyaya-cavab-aciqlama
Oxunma sayı: 635

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Əfran İsmayılov rusların Azərbaycan millisinə yuxarıdan aşağı baxmasının bizim xeyrimizə olduğunu vurğulayıb: “Ola bilər ki, rus yığması Portuqaliya üzərində qələbədən sonra özlərinə daha çox güvənir və belə sözləri də onun üçün danışırlar. Ancaq onların millimizə yuxarıdan aşağı baxması bizim xeyrimizədir. Çünki deməli, Rusiya komandamızın zəif olduğunu düşünürək oyuna başlayacaq. Ancaq həmişə belə olub ki, aşağı səviyyədə olduğu düşünülən komanda qalib gəlib. Biz də bu oyundan ən azı bir xal gözləyirik”.

Xatırladaq ki, Rusiya milli komandasının sabiq futbolçusu Sergey Kiryakov açıqlamasında “Portuqaliya üzərində qələbədən sonra Azərbaycanla oyunda xal itirsək, bu, gülünc olar" deyib. Həmçinin Rusiya millisinin yarımmüdafiəçisi Denis Qluşakov isə bu oyunun anşlaqla keçməyəcəyini, çünki Azərbaycan yığması ilə qarşılaşacaqlarını bildirib.

Sevinc