Azərbaycanda şadlıq evində təhlükəli yemək tapıldı

azerbaycanda-sadliq-evinde-tehlukeli-yemek-tapildi
Oxunma sayı: 645

Komitənin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, şadlıq evində aparılmış araşdırma zamanı müəyyən olunub ki, müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Kulinar məmulatlar peşəkar olmayan aşbazlar tərəfindən resepturalar və kalkulyasiya olmadan hazırlanır.

Bundan başqa, şadlıq evinin anbarında məhsulların saxlanma rejiminə riayət olunmur və anbar psixrometrlə təmin olunmayıb.

"Arzu" şadlıq evindən seçilmiş məhsul nümunələrindən "mimoza" salatının Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi göstərib ki, məhsul "mezofil aerob" və "fakultativ-anaerob" mikroorqanizmlərin aşkar edilməsinə görə normativ sənəd ГОСТ 30390-95 standartının tələbinə uyğun deyil.

Faktla bağlı inzibati qaydada protokol tərtib edilib. Müəssisədə araşdırma davam edir.