Azərbaycanda şam böhranı - Video

azerbaycanda-sam-bohrani-video
Oxunma sayı: 691

Belə ki, vətəndaşlar 21 dekabrdan sonra düşəcək qaranlıq proqnozundan ehtiyatlanaraq mağazalara üz tutub şam almağa başlayıblar. Mağazaların əksəriyyətində şamların tükənməsi ilə yanaşı bəzi yerlərdə qiymətlərin süni artırılması barədə də söhbətlər yayılıb. Biz də bir neçə marketdə bu məhsulun satışı ilə maraqlandıq. Məlum oldu ki, bəzi mağazalarda doğrudan da şam ümumiyyətlə qalmayıb.

Digər mağazalarda isə şamın az olması diqqətimizdən yayınmadı. Lakin həmin marketlərdə qiymət artımı satıcılar tərəfindən təsdiqlənmədi. İqtisadi İnkişaf Nazirliyindən də şamın satışında qiymət artımı barədə müraciət olunmadığını və monitorinqlər zamanı bu xəbərlərin öz əksini tapmadığını söylədilər. Sakinlərin çoxu isə dünyanın qaranlığa qərq olacağı ilə bağlı xəbərlərə inanmadıqlarını və buna görə heç bir hazırlıq görmədiklərini bildirirdilər.