Azərbaycanda seçki bülletenlərinin çapına başlanılıb - Foto

azerbaycanda-secki-bulletenlerinin-capina-baslanilib
Oxunma sayı: 798

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 5 347 803 ədəd seçki bülleteninin hazırlanması nəzərdə tutulub. Bu da ümumi seçicilərin sayından 3 faiz çoxdur:

“Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün, seçki məntəqələrinə isə 3 gün qalmış çatdırılacaq”.
Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.