Azərbaycanda şəhid anası özünü asdı

azerbaycanda-sehid-anasi-ozunu-asdi
Oxunma sayı: 643

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Azərbaycan 20 Yanvar şəhidlərinin xatirəsini andığı gün övladını vətən uğrunda qurban vermiş 66 yaşlı Qalina Nedolivko özünü öldürüb.

Q.Nedolivko bir gün əvvəl onun doğum gününü təbrik etmək istəyən yaxınlarının telefonuna cavab verməyib. Bundan şübhələnən qohumlar polisə məlumat veriblər. Qadının yaşadığı evə gələn hüquq-mühafizə orqanı əməkdaşları şəhid anasını mətbəxdə asılı vəziyyətdə görüblər.

Qohumların dediyinə görə, Q.Nedolivkonun oğlu 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub. O vaxtdan üzü gülməyən ana hər 20 Yanvar günü oğlunun məzarı üstünə gedərmiş. Ehtimal olunur ki, dünən matəm günü gördüklərindən ürəyi pis olub və dözməyərək özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır. Onu da əlavə edək ki, Q.Nedolivko yanvarın 19-da 66 yaşını qeyd edib.