Azərbaycanda Səid Nursi dartışması

azerbaycanda-seid-nursi-dartismasi
Oxunma sayı: 3150


Bədiüzzaman Səid Nursi və Risalei Nur əsərləri

Hz. Peyğəmbərimiz (A.S.M.) hədislərində, hər əsrdə dini, Quranı öz əsrlərindəki insanların anlayışına uyğun bir şəkildə izah və isbat edən bir Mücəddid (din alimi) gələcək və başqa bir hədisdə “Alimlər peyğəmbərlərin (A.S.M.) varisləridir. Peyğəmbərlər özlərindən sonrakı mirasları nə dinar olar nə də ki, dirhəm. Onların mirası elm olar. O elmdən nəsibini alan insan böyük xeyr və bərəkət üzərə olar”1 buyurmuşlardır. Səid Nursi həzrətləri də öz həyatı, elmi, əxlaqı və nəşr etdirdiyi əsərləri ilə Hz. Peyğəmbərimizin (A.S.M.) hədisinə daxil olan alimlərdəndir. Səid Nursinin yazdığı kitablar Quran həqiqətlərini müsbət elm anlayışına uyğun bir tərzdə izah və isbat edir. XX əsrin Quran fəlsəfəsi olan bu əsərlər, bir tərəfdən texnika, fənn və sənət olaraq maddiyatı, digər tərəfdən iman və əxlaq olaraq mənəviyyatı özündə cəm edərək İslam mədəniyyətinin sadəcə maddiyata dayanan sair mədəniyyətləri geridə qoyacağını da isbat və elan etməkdədir. Risale-i Nur külliyatı Quran ayətlərinin nurlu bir təfsiridir. Başdan-başa iman və tövhid həqiqətlərini isbat edir. Hər sinif xalqın anlayışına görə hazırlanmış, ən avamdan ən üstün təbəqəyə qədər hər kəsə xitab edib, ən inadçı filosofları təslimə məcbur edir. İmana, Qurana, İslama gələn bütün şübhələri yox edir. Əsrimizin ehtiyacına tam cavab verir. Ağlı və qəlbi doyuzdurur. Ağla gələn və gəlməyən bütün imani məsələləri ən qəti dəlillərlə, məntiqlə, elmlə isbat edir. Qurani Kərimin XX əsrdəki mənəvi təfsiridir. Bu əsərlər Qurani Kərimin ayətləri ilə qayət qüvvətli dəlil və hüccətlərlə ağıl, fikir və məntiqlə yalnız gözünün görə bildiyi yerə inanan materialistlərə belə Allahın varlığını, yer və göyün təbəqələrini, mələkləri, ruh bəhsini, öldükdən sonra dirilmənin, axirətin olacağını, cənnət və cəhənnəmin varlığını, ölümün əsl mahiyyətini, əbədi səadət və zillətin varlığını və s. bütün imani məsələləri isbat edir. (A.S.M.)

Bədiüzzaman sadəcə 3 aylıq bir təhsil ilə və heç bir kitabdan istifadə etmədən dünyanın dörd bir yanında milyonların oxuduğu bir Quran təfsirini necə yazıb?

Bədiüzzaman həzrətləri əslən peyğəmbərimizin nəslindən olub, şərqi Anadoluda Sofi Mirzənin ailəsində dünyaya gəlmişdir. Seyyidliyi sənədlərlə sabitdir. Maraqlananlar risalehaber.com internet saytına baxa bilərlər.

Bədiüzzaman həzrətləri uşaqlığından etibarən hansı kitabı əlinə alsa çox qısa zamanda kitabın muhtəviyatını mənimsəyərmiş. “Tarihçe-i Hayat” ve “Son Şahitler” kitablarında da qeyd olunduğu kimi, Bədiüzzaman həzrətləri bir zaman aləmi-mənada Muhamməd Mustafa (S.A.V.) əfəndimizi görmüşdür. Peyğəmbərimiz (S.A.V.) ona buyurmuşdur: “Ümmətimdən sual etməmək şərti ilə sənə elm veriləcək”. Nəzərinizə çatdıraq ki, bir çox müçtəhidlərdə də bu cür hallar görünmüşdür. Bu elmə də “İlm-i lədun” yəni təhsil almadan əldə edilən, bir növ səmavi və ilhami elm deyilir. Bədiüzzaman təxəllüsü də məhz bu cür qeyri-adi elminə görə Səid Nursi həzrətlərinə müasirləri tərəfindən verilmişdir.

Məsələn, qardaşı Molla Abdullah ilə müəyyən bir müddət ayrılıqdan sonra görüşdükdə Molla Abdullah bir kitabı bitirdiyini, Molla Səid isə səksən kitab bitirdiyini deyir. Buna inana bilməyən qardaşı Molla Səidi imtahan edər, bütün kitabları bildiyini görüncə isə Molla Səiddən dərs almağa başlar. Molla Səid daha sonra Siirtə, Molla Fethullah Efendinin mədrəsəsinə gəlir, Molla Fethullah hansı kitabı soruşursa “ bitirdim ” deyə cavab alınca Molla Səidi imtahan edər və hansı sualı verərsə anında cavabı verilir. Yanında qaldığı iki həftə ərzində məşhur “Cəmul-Cəvami” kitabını əzbərləyir. Bunu öyrənən Molla Fethullah əfəndi bu məşhur kəlamı deyir: “Zəka ilə hafizənin ifrat dərəcədə bir kimsədə bir araya gəlməsi çox nadirdir”. Və bu kitabın üzərinə “Cəmul Cəvami kitabının bütününü bir həftədə əzbərləmişdir” cümləsini yazır. Bu hadisə Siirtdə yayılır. Və beləliklə Siirt üləması Molla Səiddən dərs almağa başlayır.

1907-ci ildə İstanbula gəlir, İstanbula gəldiyində otağının qapısına “Hər suala cavab var, amma sual soruşulmaz” yazar. Bunu eşidən İstanbul üləması axın-axın yanına gəlirlər. Elmi bəhslər olur. Nə soruşsalar hamısını cavablayır. Gənc yaşda Molla Səidin elminə, hafizəsinə heyran olan İstanbul alim və hocaları İstanbula gələn Misirin Camiul-Əzhər universitetinin rəhbərlərindən məşhur Şeyx Bahid əfəndidən gənc Səidin susdurulmasını xahiş edirlər. Şeyx Bahid əfəndi Molla Səiddən üləmaların hüzurunda soruşur: Avropa və Osmanlı haqqında fikriniz nədir? aldığı cavabdan təsirlənən Şeyx Bahid əfəndi “Bu gənclə münazara edilməz, mən də bu fikirdəyəm, amma bu cür bəliğ ifadə etmək yalnız Bədiüzzamana xasdır” demişdir. 1911-ci ildə Şama gəlir. Şam üləmasının israrıyla Əməviyyə məscidində içində yüz alim olan on minə yaxın bir camaata xütbə oxuyur. Bu xütbəsində İslam dünyasının altı ədəd ən mühim xəstəliklərini və bunların “sağaldılması” yollarını söyləmişdir ki, bu gün üçün də yüz il öncə söylənmiş o xütbə öz aktuallığını saxlamaqdadır. Sonradan bu xütbə “Hutbe-i Şamiyə” olaraq kitab halına salınmışdır.

Bediüzzaman Səid Nursi həzrətlərinin həyatı, xidmətləri, təfəkkür dünyasının tam əhatə etmək; əlbəttə ki, bu kiçik zəminin darlığı buna maneə təşkil edir. Bunun üçün cildlərlə kitab yazmaq lazımdır. Günümüzə qədər onun şəxsiyyəti və həyat yolu haqqında yazılan yüzlərcə kitablar bu sözümüzü təsdiq edər mahiyyətdədir. Bunun üçün də bir daha əsrin mücəddinin özündən sonra gələcək nəsillərə miras qoyub getdiyi 6000 səhifəlik Risalei Nur külliyatını oxumağı məsləhət görürük. Bu əsərləri oxuduqca onu daha yaxından tanıyacaq və daha çox sevəcəksiniz. Qurana, hücum edilən belə bir materialist əsrdə, Qurani iman həqiqətlərini məntiqi metodlarla gözəl bir şəkildə izah və isbat edən, Quranın bir mənada vəkilliyini edən bir Zatın bu mahiyyətdəki əsərlərinə, yetişməkdə olan gənc nəsil, cəmiyyətimiz, millətimiz nə qədər möhtacdır qiyas edilsin. Sonda müəllif-i möhtərəmin öz sözləri ilə bitirmək istəyərdik:

“Risale-i Nurun hər bir kitabı bir Səiddir. Siz hansı kitabı oxusanız mənimlə üzbəüz görüşməkdən on dəfə çox həm faydalanar, həm də həqiqi bir sürətdə mənimlə görüşmüş olarsınız”.