Azərbaycanda “Sən anlat, Hacıqabul” filmi çəkilib

azerbaycanda-sen-anlat-haciqabul-filmi-cekilib
Oxunma sayı: 3128

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli filmə çəkilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə mətbuata kinonun rejissoru Ramil Adiloğlu məlumat verib.

O bildirib ki, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, “Sən anlat, Hacıqabul” adlı komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib:

“Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləriylə, həm də yüksək sənət nümayişiylə hər bir sənətçiyə örnəkdir. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaqlar. Beləliklə, film tezliklə təqdim olunacaq.”

R.Adiloğlu onu da qeyd edib ki, “Sən anlat, Hacıqabul” filmi “Aşkarlanmış lent” (“Found footage”) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.