Azərbaycanda stadion yandığı üçün oyun təxirə salındı

azerbaycanda-stadion-yandigi-ucun-oyun-texire-salindi
Oxunma sayı: 632

"Turan" klubunun PFL-ə ünvanladığı məktubda dekabrın 7-də Tovuz şəhər stadionunun inzibatı binasında yanğın hadisəsinin baş verdiyi, komandaların geyinib-soyunma otaqlarının yararsız hala düşdüyü və təmir üçün müəyyən müddət tələb olunduğu bildirilib.

Bundan sonra PFL Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanova müraciət edərək stadiona baxış keçirməyi və baş vermiş hadisə ilə əlaqədar olaraq öz rəyini bildirməyi xahiş edib.

Yuxarıda göstərilənləri, QRFF-in prezidentinin rəyini, hadisənin nəticələrini əks etdirən görüntüləri və "Bakı" FK-nın razılıq məktubunu nəzərə alaraq, Premyer Liqasının XVI turunun "Turan" - "Bakı" matçı dekabrın 10-u tarixinə keçirilib.