Azərbaycanda super meydança - Fotolar

azerbaycanda-super-meydanca-fotolar
Oxunma sayı: 658

Rayon mərkəzində analoqu olmayan qolf meydançası inşa olunacaq.

Qəbələ rayonunun baş memarı Təbriz Abdulxalıqov Milli.Az-a açıqlamasında bildirdi ki, qolf meydançasının tikintisi ilə bağlı bir neçə layihə və variantlar üzərində iş aparılır. Koreya, Böyük Britaniya və Türkiyə şirkətləri tərəfindən hazırlanmış layihələrin hansının qəbul olunması ilə bağlı yekun rəy yoxdur.

Baş memar qeyd etdi ki, Qəbələdə elə bir qolf meydançası tikiləcək ki, dünyada analoqu olmasın. Onun sözlərinə görə, artıq meydançanın tikintisi üçün 150 hektar sahə də ayrılıb.