Azərbaycanda sürücü yol polisini vurub qaçdı

azerbaycanda-surucu-yol-polisini-vurub-qacdi
Oxunma sayı: 913

Masallıda avtomobil yol polisini vuraraq qaçıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Masallı şəhəri ərazisində qeydə alınıb. İnsident Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının sərxoş sürücülərə qarşı reyd keçirdiyi zaman baş verib. 

YPX baş serjantı Qoşqar Zeynalov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.