Azərbaycanda taksi sürücüsü məktəbliləri belə vurub əzib - Video

Azərbaycanda taksi sürücüsü məktəbliləri belə vurub əzib
Oxunma sayı: 5742

Azərbaycanda şagirdlərin iştirakı ilə dəhşətli hadisə qeydə alınıb.

“Qafqazinfo” “Avtosfer.az”a istinadən xəbər verir ki, insident məktəblərdən birinin qarşısında baş verib.

Görüntülər təhlükəsizlik şəhər kamerasına düşüb. Belə ki,  “VAZ-2107” markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir.

Şagirdlər bir anlıq dayanıb “Mercedes”in keçməsini gözləyirlər. Birdən “VAZ-2107” markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları “Mercedes” markalı avtomobilə sıxır. Ətrafdakılar “07”ni güclə geri çəkilir. Görünür, nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da şagirdlər ağır yaralanır.

Qızlardan biri isə daxili qanaxması ilə xəstəxanaya çatdırılır.

***
Məktəblinin ailə üzvləri "Qafqazinfo" ilə əlaqə saxlayıblar. Onlar bildiriblər ki, bu qəza ötən il sentyabrın 19-da baş verib. Hadisədə ağır xəsarət alan məktəbli iki dəfə ağır əməliyyat keçirib. Bu günlərdə isə xəstəxanadan evə buraxılıb.

Ailəsi bir neçə ay sonra görüntülərin ictimailəşməsindən narahat olduqlarını ifadə edib.

Ürəyi zəif olanların görüntüləri izləməsi tövsiyə olunmur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi