Azərbaycanda Tatlısəs müəmması davam edir

azerbaycanda-tatlises-muemmasi-davam-edir
Oxunma sayı: 661

Hazırda türkiyəli sənətçinin Bakıda müayinəsi ilə bağlı ekstrasens Nuridə Küskünün keçirdiyi mətbuat konfransında iştirak edən müxbirimiz Türkiyə musiqisinin imperatorunu görməsə də, səsinin eşitdiyini bildirib.

Mətbuat nümayəndələri ilə canlı əlaqə zamanı İbo hazırda Bakıda olduğunu və müayinə üçün məhz Nuridə Küskünü seçdiyini qeyd edib.

Azərbaycanlı ekstrasens isə dünəndən ona gizli zənglərin gəldiyini, hətta Tatlısəslə bağlı onu şantaj etdiklərini də qeyd edib: “Mənə dedilər ki, İbrahimi sağaltsan, səni öldürəcəyik. Mən də həmin adamlara deyirəm ki, heç kim mənə heç nə edə bilməz. İbo ilə ölümə qədər gedəcəyəm”.

Aynur Babayeva