Azərbaycanda təkcə ötən həftə 79 əcnəbi saxlanılıb

azerbaycanda-tekce-oten-hefte-79-ecnebi-saxlanilib
Oxunma sayı: 631

ANS PRESS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.

18-23 iyun 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri və Abşeron rayonunda qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilb. Eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozan 79 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.