Azərbaycanda tələbələrə nəqliyyatda güzəşt olacaq

azerbaycanda-telebelere-neqliyyatda-guzest-olacaq
Oxunma sayı: 636

Onun sözləinə görə, güzəştlər dövlət nəqliyyat vasitələrinə şamil ediləcək.

Nazir müavini artıq ölkədə tələbə adını daşıyanların yarısının tələbə kartı ilə təmin olunduğunun və bu prosesin may-iyun aylarına kimi yekunlaşacağını bildirib.

Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədov bu yaxınlarda verdiyi açıqlamada Bakıda avtobuslarda bu ilin may ayından başlayaraq kart sisteminin tətbiq olunacağını bildirmişdi.

Xəzər İnvestisiya Mərkəzi tərəfindən hazırlanan tələbə kartlarına güzəştli xidmətə artıq dəftərxana ləvazimatları mağazaları, geyim dükanları, gözəllik salonları, idman müəssisələri, turizm agentlikləri, tibb mərkəzlər, o cümlədən bir sıra stomatoloji klinikalar qoşulublar. Güzəştlər həmçinin restoranlar, kafelər, klublar, "fast food" məntəqələrində də olacağı gözlənilir.
Tələbələr üçün güzəştlər iaşə obyektindən asılı olaraq 20, 40, 50 faizə qədər olacaq.
"European Youth Card" (EYCA) diskont kartlarının ("tələbə kartı") paylanılması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilir və ilk tələbə kartları 2012-ci il dekabrın ortalarından paylanılıb. "Countdown" diskont sisteminin kartlarının sahibləri Azərbaycanın ali təhsil müəssisələrinin, orta ixtisas təhsil müəssisələrinin 197 minə yaxın tələbəsi olacaq.