Azərbaycanda tibbi sığorta ilə bağlı yenilik

Azərbaycanda tibbi sığorta ilə bağlı yenilik
Oxunma sayı: 1410

Azərbaycanda icbari tibbi sığorta tam tətbiq edildikdən sonra pasiyentlərə yeni hüquqlar verilə bilər.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, pasiyentlərin hüququ ilə bağlı yeni qanun layihəsinin işə düşməsi icbari tibbi sığortaya bağlıdır: “İcbari tibbi sığorta ölkə ərazisində tam fəaliyyət göstərdikdən sonra bu qanun işləyə bilər. Hazırda Azərbaycanda pasiyentlərin sağlamlığı qanunla qorunur. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pasiyentin hüquqları öz əksini tapıb. Məsələn, xəstəxananı, həkimi seçmək, müalicə proqramı ilə tanış olmaq, öz sağlamlıq vəziyyətinin açıqlanmamasını tələb etmək və s. hüquqlar qanunda əksini tapıb. Amma digər hüquqlar da var - bahalı əməliyyatlar etdirmək və yaxud xaricə müalicəyə getmək, orqan köçürmək maliyyəyə bağlı olan məsələlərdir. Bunlar icbari tibbi sığortaya bağlı olan məsələlərdir”.

M.Quliyev bildirib ki, ölkədə icbari tibbi sığortanın tam tətbiqindən sonra yəqin ki, bu və digər məsələlərə yenidən baxılacaq, yeni qaydalar müəyyən ediləcək.

Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə kimi Mingəçevir və Yevlax şəhərlərində tətbiq edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi